
Türkiyədə təlim-məşq toplanışında olan “Kəpəz” bu gün ilk yoxlama oyununu keçirib.
Qol.az-ın məlumatına görə, “sarı-göylər” Ərzurumda Türkiyənin birinci divizion təmsilçisi “Samsunspor”la qarşılaşıb. “Kəpəz” 1:2 hesabı ilə uduzub.
Qeyd edək ki, “Kəpəz”in ölkə xaricindəki hazırlıq dövründə daha iki yoxlama görüşü keçirməsi nəzərdə tutulub.
Gununsesi.info