“Kəpəz” “Sumqayıt”a, “Zirə” “Turan Tovuz”a qarşı

Bu gün Azərbaycan Premyer Liqasında XVI tura yekun vurulacaq.

Gununsesi.info xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutacaq.

HTML tutorial

Əvvəlcə “Kəpəz” doğma meydanda “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirəcək.

Turun qapanış matçında isə “Zirə” “Turan Tovuz”u qəbul edəcək.

Xatırladaq ki, daha öncə “Qarabağ” “Neftçi”yə 4:0, “Qəbələ” “Səbail”ə 2:1 hesabıyla qalib gəlibsə, “Sabah” – “Şamaxı” oyununda qalib müəyyənləşməyib – 1:1.

Azərbaycan Premyer Liqası
XVI tur
4 dekabr

“Kəpəz” – “Sumqayıt”
Hakimlər: Tural Qurbanov, Cavanşir Yusifov, Rəhman İmami, Emin Əliyev.
Gəncə şəhər stadionu, 14:30.

“Zirə” – “Turan Tovuz”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Zeynal Zeynalov, Əli Əliyev.
Zirə İdman Kompleksinin stadionu, 17:00.

Gununsesi.info