“Kəpəz”dən ayrılan futbolçu “Zirə” ilə anlaşıb

  • By ilhame
  • 15 İyun 2024 19:02

Yeni mövsüm öncəsi transfer çalışmalarını davam etdirən “Zirə” daha bir futbolçu ilə anlaşıb.

 

Gununsesi.info klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “Kəpəz”dan ayrılan Junior Martins paytaxt təmsilçisi ilə 3 illik müqvailə bağlayıb.

 

Qeyd edək ki, 24 yaşlı futbolçu həmçinin karyerası ərzində ölkəsini ABC, “Palmeyra”, “Maranao”, “Moto-Klub MA” və Litvanın “Babrunqas” klublarında çıxış edib.

Gununsesi.info