“Kəpəz” və “Turan Tovuz” klubları 2020/2021 mövsümündə Azərbaycan Premyer Liqasında çıxış edəcək.
Gununsesi.org xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev İctimai TV-də qonaq olduğu “Bol idman” verilişində açıqlayıb.
Onun sözlərinə görə, hazırda divizionda çıxış edən əyalət təmsilçiləri növbəti mövsümdə Premyer Liqada mübarizə aparacaq.
Qeyd edək ki, hazırda Premyer Liqada 8 komanda mübarizə aparır.