Kəramət Böyükçöl yeni roman yazıb - LEYLİ MƏCNUN 350 SƏHİFƏDƏN İBARƏTDİR

Gənc yazıçı Kəramət Böyükçöl yeni roman yazıb.

Gununsesi.info xəbər verir ki, “Leyli-Məcnun” adlandırılan roman 350 səfiədən ibarətdir.
Yazıçı romanı haqqında bunları deyib:

HTML tutorial

Yeni romanımın adı “Leyli və Məcnun”dur. Əsər klassik struktur üzərində yazılıb. Allahın tərifi ilə başlayır, peyğəmbərin nəti, hökmdarın tərifi… Ancaq məzmunca XXI əsrin sevgi romanıdır. Mənim üçün Leyli ilə Məcnunu evləndirmək, onları bir yatağa salmaq həmişə maraqlı olub. Fikirləşmişəm ki, qoy evlənsinlər, görüm o sevgidən nə qalacaq? Realist əsərdir. Bülbül gülü belə sevdi, elə sevdi, başına pərvanə kimi dolandı söhbəti deyil. Güllə bülbülün eşqindən min səhifəlik kitab yazmaq olar. Ancaq bülbülün güldən nə istədiyini bir cümlə ilə deyim. Bülbül gülün başına ona görə fırlanır ki, gül açılsın, onun içindəki qurdları yesin və getsin. Vəssalam. Söhbət budur. Leyli ilə də Məcnunu ona görə evləndirmişəm ki, onların sevgisi ifşa edim. Məişət divarları arasında ölməyən sevgi yoxdur. Əsərdə ikisini də salmışam yatağa ki, sevgişin nə qədər sevişirsiniz, görüm axırınız nolacaq? O qədər sevişirlər, axırda bezirlər. Daha bir-birlərinə heç bir ehtiras duyğusu qalmır. Ayrı otaqlarda yaşamağa başlayırlar. Bu da kara gəlmir. Onlar min illik sevgilərinin belə bir şəkildə ifşa olunması ilə də barışa bilmirlər.

Məcnun başqa bir qadına vurulur. O Leyli ilə sevişərkən gözlərini yumub təsadüfən küçədə gördüyü və vurulduğu qadını xəyalına gətirir. Guya onunla sevişir. Bir müddət sonra məlum olur ki, Leyli də başqa bir kişiyə vurulub, o da Məcnunla sevişəndə onu xəyalına gətirirmiş. Övladları dünyaya gəlir. Uşaq bioloji cəhətəndən Məcnun, Leylinin uşağıdır. Ancaq fikrən, xəyalən Məcnunun təsadüfən başqa bir yerdə görüb vurulduğu qadınla Leylinin təsadüfən vurulduğu kişinin övladıdır.

Fikrən xəyanətlər mümkünsüz və qaçılmazdır.

350 səhifəlik kitabdır.

İlin axırında çap olunacaq.

Ədəbiyyatımıza strateji nüvə atmışam.

Qırğın olacaq.

Ya dahi olacam, ya da heç kim.

Ortabab yazıçı olmaqdansa, zürafə kimi nadir bir heyvan olmaq yaxşıdır.

Gununsesi.info