Kəramət Böyükçöl:”Siz Allah, bu adam sizə neyləyib?”

  • By ilhame
  • 20 Aprel 2024 21:42

Əməkdar artist Cavanşir Məmmədovun vəfatı ilə bağlı sosial şəbəkələrdə onun haqqında müxtəlif rəylər yazılır.

Gununsesi.info yazıçı Kəramət Böyükçölün Cavanşir Məmmədov haqqında tənqid yazanlara cavab qeydlərini təqdim edir:

Baxıram, elə iyrənc rəylər yazırlar ki… Siz Allah, bu adam sizə neyləyib? Haqqınızı yeyib, hüquqlarınızı tapdalayıb, saxta deputatınız olub, pensiyanızı kəsib, uşaqpulunuzu əlinizdən alıb, balalarınızı ac qoyub, neyləyib də? Pis-yaxşı müğənni idi, oxuyurdu, efirlərə çıxıb danışırdı. Niyə bu qədər aqressivsiniz? Nifrət, kin, aqressiya nifrət elədiyin adamdan çox sənin özünə ziyandı. Xoşunuz gəlmirsə, gəlməsin də. Həyatda olanda haqqında nəsə yazsanız, başa düşüləndi, bu da sizin söz haqqınızdı. Amma axı ölüm sondu, bitdi də. Öz də hələ torpağa tapşırılmayıb. Heç olmasa gözləyin, ailəsi, uşaqları, nəvələri, yaxınları ağlayıb qurtarsın, sonra pis şeylər yazın da. Allah rəhmət eləsin deyə bilmirsən, gözü yum, heç görmə də, baxma. Xoşun gəlmir, tanıma. Niyəsə qəbul edə bilmirəm kiminsə ölümünə sevinənləri, ona gülə bilənləri.

Ruhun şad olsun, Cavanşir müəllim. Yaxşı elədin, amma düz eləmədin.

Gununsesi.info