Kərim Abbasov Rəhim Rəhimlini hədələdi:"AXIRINCI DƏFƏ OLSUN..."

Kərim Abbasov Rəhim Rəhimlini hədələdi:

Müğənni Kərim Abbasov Rəhim Rəhimli ilə bağlı qalmaqallı açıqlama verib.

Gununsesi.info-nun axşam.az-a istinadən verdiyi məlumata görə, Rəhimlinin “Kərimlə Niyam bir-birindən ayrı qala bilmir” sözləri sənətçini özündən çıxarıb.

K.Abbasov “ATV maqazin onlarla”ya açıqlamasında qarşı tərəfi hədələyib: “Rəhim daş atır. Amma bilmir ki, oradan kubik gələr. Deyir, mən müğənni deyiləm. Müğənni deyilsənsə, bizim aramızda nə gəzirsən? Birinci və axırıncı dəfə olsun səndən mənim ünvanıma müəyyən söz gəlsin. Mən düzünü deyənəm. İstəməzsən ki, çıxıb sənin haqqında nəsə düzünü deyim”.

Gununsesi.info

COMMENTS