
“Uşaqların Xoşbəxt Gələcəyi” İctimai Birliyinin sədri Nərgiz Babayeva-Kərimova yenə xeyirxah əməllərini davam etdirir. Belə ki, bu gün Birliyin sədri 200-dən çox imkansız ailə üçün hazırladığı ərzaq səbətini evbəev paylayacaq.
Gununsesi.info-nun xəbərinə görə, Birlik imkansız və kasıb ailələrin çoxsaylı müraciətlərini nəzər alaraq, hər ay belə aksiyalar təşkil edir. Birliyin üzvü Arzu Şərif bildirib ki, “Uşaqların Xoşbəxt Gələcəyi” İctimai Birliyi hər zaman olduğu kimi yenə də hər ay 200 imkansız ailənin bir aylıq ərzaqla təmin edilməsi üçün əlindən gələni edəcək və bu ənənə mütəmadi davam edəcək.
Qey edək ki, Uşaqların xoşbəxt gələcəyi İctimai Birliyi 1995-ci ildə yaradıb. Qısa müddət ərzində ana nəvazişindən , ana qayğısından məhrum olan və fiziki cəhətdən qusurlu uşaqlara yardım göstərir.. Təşkilat uşaqların sağlamlığına və sosial ehtiyaclarına qayğı göstərmək üçün respublikamızda və xaricdəki müxtəlif xəstəxanalar, klinikalar, sağlamlıq və reabilitasiya mərkəzləri ilə sıx əməkdaşlıq yaradaraq, ürək qüsuru, böyrək çatışmazlığı olan, uşaq siribral iflicindən və digər xəstəliklərdən əziyyət çəkən və müalicəyə maddi imkanı olmayan 1000-dən çox uşağın əməliyyat və ya müalicəsinin həyata keçirilməsini təmin edir. N. Babayeva-Kərimobva Ukrayna, Rusiya, Türkiyə və İran xəstəxanalarında sağlığında ciddi problem olan uşaqların müayinə və əməliyyatlarını həyata keçirib. Ukrayna xəstəxanaları ilə qurulan sıx əməkdaşlıq sayəsində bu respublikanın kardiologiya mərkəzinin tanınmış kardioloqu Todurov həkim briqadası ilə dəfələrlə Bakıya gələrək 100-lər ürək qüsurlu imkansız ailənin övladlarını müayinədən keçirib. Fəaliyyət göstərdiyi dövrdə 1000-dən çox körpə sağlam həyata qovuşub, gələcəyə daha inamlar addımlayırlar. Bu uşaqların müalicə xərclərini həyata keçirmək üçün N,Babayeva-Kərimova hər il bir neçə dəfə uğurlu xeyriyyə aksiuyaları təşkil edir.
Gülnaz Qənbərli
Gununsesi.info
