Kərimovun qəbrini ziyarət etdi, Kərimovaya səbr dilədi

  • By admin
  • 13 Sentyabr 2016 10:25

Kazakhstan-president-Nursultan-Nazarbayev

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Səmərqəndə Özbəkistanın birinci prezidenti İslam Kərimovun məzarını ziyarət edib, üzərinə gül dəstəsi qoyub.

HTML tutorial

Gununsesi.info-nun məlumatına görə, N.Nazarbayev bildirib ki, İslam Kərimovla uzun illər səmimi dostluq münasibətləri olub. İ.Kərimov Özbəkistanın çiçəklənməsi, iqtisadi gücünün artırılması istiqamətində çox iş görüb. Ölkələrimiz arasında dostluq münasibətlərinin yaradılması, tarixi və strateji əlaqələrin dirçəldilməsində onun böyük rolu olub və bu danılmazdır.

Sonra Nursultan Nazarbayev Özbəkistan prezidentinin səlahiyyətlərini icra edən Şavkat Mirziyayev və İslam Kərimovun həyat yoldaşı Tatyana Kərimova ilə görüşüb, onlara başsağlığı verib.

nursul

nursul-1

Gununsesi.info