İraq hökuməti yanvar ayının sonundan etibarən İrana gündəlik 30 min barrel xam neft ixrac etməyi planlaşdırır.
Gununsesi.info xəbər verir ki, bu barədə İraqın Neft naziri Cabbar əl-Laibi jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, neft nəqli Kərkükdən həyata keçiriləcək:
“Başlanğıc üçün 30 min barrel neft İranın Kirmanşah şəhərinə ötürüləcək”.
Qeyd edək ki, neftin nəqli ilə bağlı iki ölkə arasında dekabr ayında saziş imzalanmışdı.
Gununsesi.info