
İraqın Kərkük şəhərində etirazlar başlayıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, polis mərkəzinin kürd partiyasına verilməsi ilə alovlanan etirazlarda ərəblər və türkmənlər fəal iştirak ediblər.
Olaylar zamanı 4 nəfər ölüb. Bu barədə məlumatı İraq rəsmiləri təsdiq ediblər.
Etirazlardan sonra Kərkük şəhərinin İcra başçısı Ortaq Əməliyyatlar Komandanlığı binasının “Kürdüstan Demokrat Partiyası”na təslim edilməsi qərarının ertələndiyini və etirazların bundan sonra bitdiyini söyləyib.
Çadırlar quran etirazçılar yolu kəsdikdən sonra qərar dəyişdirilməli olub.
Yeri gəlmişkən, İraqın Baş naziri Şiyə əs-Sudani olay yaradan etirazçılara qarşı əməliyyat təlimatı vermişdi.
Tərcümə: Arzu