Kəşfiyyat məlumatı: Rusiya bu ölkələrə hücum edə bilər

  • By admin
  • 06 Fevral 2024 16:05

2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsi davam edərkən, Qərb ölkələrindən Moskvanın mümkün hücum planları ilə bağlı həyəcanlı açıqlamalar verilib.

Gununsesi.info xəbər verir ki, Almaniyanın müdafiə naziri Boris Pistorius Rusiya ilə 5-8 il ərzində müharibə ola biləcəyini desə də, Danimarka Kəşfiyyat İdarəsi də Rusiyanın mümkün qaynar münaqişəyə girə biləcəyini açıqlayıb.

Danimarkanın müdafiə naziri Troels Lund Poulsen bildirib ki, “Rusiya böyük ehtimalla öz hərbi gücündən NATO üzvü olan ölkələrə qarşı istifadə edəcək”. Nazir bu iddianı kəşfiyyat mənbələrinə əsaslandırıb.

Digər tərəfdən, İsveç və Norveç hökumətlərinin də öz vətəndaşlarına Rusiya ilə mümkün münaqişə ilə bağlı xəbərdarlıq etdiyi bildirilib. Rusiya prezidenti Putinin NATO-ya üzv ölkələrlə sərhədlərə döyüş maşınları və əsgərlər göndərərək psixoloji müharibəyə başladığı qeyd edilib.

Alman mətbuatı məxfi xidmətin hazırda birbaşa müharibə ehtimalının az olduğunu bildirərkən, bunun səbəbinin NATO ölkələri arasında 5-ci maddə olduğu qeyd edilib.

Danimarka Baş Qərargah rəisi, general Flemminq Lentfer də müharibə xəbərdarlığı edib.

Ukraynada iki ildir davam edən müharibəyə baxmayaraq, Rusiya bu gün gözləniləndən daha güclüdür. Putin ölkəsini tamamilə müharibə iqtisadiyyatına çevirir və bunu etməkdə çox irəlidədir; ölkə artıq heyrətamiz sürətlə döyüş qüvvələri və ehtiyatları toplayır. Danimarkanın silahlı qüvvələrini standartlaşdırmaq üçün cəmi bir neçə ili var”, – deyə o bildirib.

Gununsesi.info