Kəskin öskürəyi aradan qaldıran təbii üsullar

  • By admin
  • 11 Mart 2021 22:37

 

Öskürək tənəffüs yollarını qıcıqlandıran maddələrə və ya bu orqana təsir edən infeksiyalara qarşı orqanizmin verdiyi reaksiyadır. Allergik reaksiya və ya xəstəlik vəziyyətində bu hissədə yerləşən sinirlər beyinə siqnal göndərir. Beyin qarın əzələlərini və döş bölgəsində yerləşən əzələlərə xəbərdarlıq edərək qıcıqlandırıcların ciyərlərdən gələn güclü hava ilə bədəndən atılmasını təmin etməyə çalışır. Qrip kimi infeksiyalı xəstəliklərdə baş verən öskürək normal və sağlamdır. Lakin səbəbi tam olaraq bilinməyən, 1-2 həftə davam edən öskürək həkim tərəfindən nəzarət edilməlidir. Tabloid.az öskürəyi təbii vasitələrlə aradan qaldıran üsulları bu cür sıralayıb:

Öskürək üçün evdə həll təklifləri

Aşağıda sadalanan və öskürəyə yaxşı təsir edən üsullar müxtəlif xəstəliklər səbəbindən yaranan öskürəyi azaltmaq, boğaz ağrısını yüngülləşdirmək və bəlğəmi daha asan atmaq üçün geniş istifadə edilən üsullardır. Ancaq bu təbii həll təkliflərinin hamısı hər kəs üçün uyğun olmaya bilər. Məsələn, mədə yarası və ya reflyuks kimi bir narahatlığınız varsa, öskürəyi aradan qaldırmaq üçün çiy sarımsaq və ya acı istiot yemək faydadan çox zərər gətirə bilər. Bu kimi problemləri qarşısını almaq üçün hər hansı bir xəstəliyiniz varsa və ya müntəzəm olaraq dərman istifadə edirsinizsə, aşağıdakı üsulları sınamazdan əvvəl həkimlə məsləhətləşin.

Bal: Boğaz ağrısı və öskürəkdə ən çox istifadə edilən üsul bal və limon qarışığıdır. 1 böyük stəkan ilıq suya 1 yemək qaşığı bal və yarım limonun suyunu əlavə edib yaxşıca qarışdırın. Bu qarışığı öskürək şiddətləndikcə yavaş-yavaş içə bilərsiniz. Bal stəkanın dibinə çökərsə, təkrar qarışdırmağı unutmayın.

Öskürəyə yaxşı təsir edən digər qarışıq isə bal və istiotdur. Bu qarışıq üçün 1 böyük stəkan qaynamış suyun içinə 2 xörək qaşığı bal və 1 çay qaşığı təzə çəkilmiş istiot atın və yaxşıca qarışdırın. Bal və qara istiot qarışığı xüsusən bəlğəmli öskürək üçün təklif edilir və təsirli bəlğəm atıcıdır.

Kəklikotu çayı: Kəklikotu çayı astma, bronxit, qrip və yuxarı tənəffüs yolu infeksiyalarına bağlı olaraq görülən öskürək üçün təsirli məlhəmdir. Kəklikotu çayı sadəcə, öskürəyi yüngülləşdirməklə qalmır eyni zamanda, öskürərkən tez-tez sıxılan və bu səbəblə ağrı verən əzələlərin yumşalmasına da yardımçı olur. Çayı hazırlamaq üçün 2 çay qaşığı kəklikotunu 1 böyük stəkan qaynamış suya əlavə edin və 6-7 dəqiqə dəmləyin. Dəmləmə müddətini uzatdıqca çayın dadı daha da qüvvətlənir.

Zəncəfil çayı: 1 böyük stəkan çay hazırlamaq üçün 3-4 ədəd nazik dilim zəncəfilə ehtiyacınız var. Zəncəfil dilimlərini suya əlavə etdikdən sonra qaynadın və su qaynadıqdan sonra ocaqdan götürün və 10 dəqiqə daha dəmlənməsini gözləyin. Boğazınızı yumşaltmaq və öskürəyi azaltmaq üçün gündə 3-4 stəkan için. Çayınızı balla şirin edə və C vitamini möhkəmlətməsi üçün bir neçə damcı limon suyu əlavə edə bilərsiniz.

Limon: İltihabı azaldan və C vitamini ilə orqanizmin infeksiyalara qarşı müqavimətini artıran limonu iki cür istifadə edə bilərsiniz. 2 yemək qaşığı limonu 1 yemək qaşığı balla çox zəif odda yüngülcə isidib bu qarışığını gün ərzində hər dəfə 1 çay qaşığı olmaqla 4-5 dəfə qəbul edə bilərsiniz. İkincisi isə limonu ortadan ikiyə kəsdikdən sonra üzərinə bol miqdarda istiot tökərək sora bilərsiniz. İkinci üsul öskürəyi çox qısa müddətdə yüngülləşdirən bir üsuldur.

Sarımsaq: İlk anda güclü dadı və qoxusu səbəbiylə qulağa xoş gəlməyə bilər, ancaq ən güclü təbii antibiotiklər arasında ilk sırada yer alır. Sarımsaq infeksiyalarla mübarizədə ən güclü vasitədir. Sarımsağın digər bir faydalı xüsusiyyəti isə təsirli bəlğəm atıcı olmasıdır və bu sayədə boğazı və ciyərləri rahatlaşdırır. Qripdən dolayı yaranan öskürəkdə sarımsağın çiy olaraq yeyilməsi təklif edilir. Amma dadı ağır gəlirsə, qatıqla və ya çörəyin içinə qoyaraq birlikdə yemək olar. Daha yumşaq dad üçün sarımsaq çayı hazırlaya bilərsiniz. Çay üçün 2-3 sarımsağı həvəngdəstədə döydükdən sonra 1-2 stəkan suda yarım saat və ya 45 dəqiqə qaynadın. Süzdükdən sonra çay hazır olur. Çayın öz təsirini göstərməsi üçün onu bir anda içməyin, 3-4 dəqiqədə bir 1-2 qurtum için.

Sarıkök: Quru və ya bəlğəmli öskürək gecələr oyanmağa səbəb olursa, yatağa girməzdən əvvəl sarıkök içərək yuxunuza haram qatmasının qarşısını ala bilərsiniz. Bu qarışığı hazırlamaq üçün əvvəlcə sarıkökü zəif odda qızdırırsınız, daha sonra bir tavada rəngi qızılı olana qədər çevirin. Bu nöqtədə diqqət edilməsi lazım olan digər məqam taxta qaşıqla davamlı olaraq çevirməkdir. Çünki yandırmaq olmaz. Daha sonra isinən sarıkökü tavadan götürün və 1 xörək qaşığı balla yaxşıca qarışdırın. Sarıkök bal qarışığı xüsusilə yatmazdan əvvəl yeyiləndə təsirlidir ancaq gün ərzində də öskürək şiddətləndiyi zaman 1 çay qaşığı qəbul etmək olar.

Pulcuq istiot: Pulcuq istiot boğazı qısa müddətdə yumşaldır və çox təsirli bəlğəm atıcıdır. Pul bibər və ya acı toz istiotla çay hazırlaya bilərsiniz. 1 böyük stəkan suyu qaynadın və yarım çay qaşığı pul bibəri və ya toz halında acı istiot əlavə edib yaxşıca qarışdırın. Çayı yavaş-yavaş, 2-3 dəqiqədə bir qurtum alıb için. Dəmləyərkən içinə incə zəncəfil dilimləri və ya bir miqdar təzə sıxılmış limon suyu əlavə edə bilərsiniz.

Öskürəyə yaxşı təsir edən və pulcuq istiotla hazırlanan digər bir tərif isə belədir: yarım çay qaşığı pul bibər, on beş çay qaşığı toz zəncəfil, 1 xörək qaşığı bal, 1 xörək qaşığı sirkə və 2 xörək qaşığı suyu yaxşıca qarışdırın. Bu təbii siropu hər dəfə 1 çay qaşığı olmaqla gün ərzində 2-3 dəfə için.

Öskürəyi aradan qaldıran digər üsullar

Duzlu su ilə qarqara: Duzlu su ilə qarqara etmək boğazı yumşaldır, bəlğəmin atılmasına yardımçı olur və öskürəyi yüngülləşdirir. Ancaq inadlı olmalı və hər 2 saatda bir müntəzəm olaraq qarqara etməlisiniz. 250 ml ilıq suya (2 böyük stəkan qədər) 1 çay qaşığı duz əlavə edin. Duz tamamilə əriyənə qədər qarışdırın.

Toyuq şorbası: Toyuq şorbası və ya toyuqlu tərəvəz şorbası qripin müalicəsində istifadə edilən ənənəvi yeməkdir və olduqca təsirlidir. Xüsusilə təzə tərəvəzlərlə hazırlanan toyuq şorbası bədənin infeksiyaya mübarizəsinə dəstək olan vitamin və minerallar baxımından zəngindir. Eyni zamanda, isti şorba öskürəkdən dolayı qıcıqlanan boğazı yumşaldır. Şorbaya pul bibər əlavə etsəniz, bəlğəm atıcı təsir yaradır.

İsti duş: Bol buxarlı isti duş qəbul etmək öskürək üçün ən təsirli və ən asan yollardan biridir. Buxar qıcıqlanan və kəskinləşən tənəffüs yollarını yumşaldır, bəlğəmi atmağı asanlaşdırır, daim öskürdüyünüz üçün sıxılan və ağrıyan mədə və boyun əzələlərini rahatlaşdırır. Buxarın güclü təsirindən də yararlana bilərsiniz. Bunun üçün yarım qazan suyu qaynatdıqdan sonra içinə 4-5 damcı evkalipt və ya nanə yağı damladıb, onun buxarı ilə nəfəs alın.

 

Gununsesi.info