Cammu Kəşmirin Sidhra bölgəsində yaşanana toqquşmalar zamanı ” dirənişçi olduğundan şübhələnən” 4 nəfər öldürülüb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər veri ki, Hindistan təhlükəsizlik qüvvələri Cammu Kəşmir bölgəsində toqquşmalar yaşandığını açıqlayıb.
Hind polisi Sindhra bölgəsinə girməkdə olan yük avtomobilini dayandıran hind gücləri həmin adamların silahdan “atəş açması” ilə toqquşmaların baş verdiyini bildirib. Polisin açıqlamasına görə, avtomobildə olan 4 nəfər oldürülüb, sürücü isə bölgədən qaçmağı bacarıb.
Polislər avtomobildən 7 ədəd AK-47, 3 tapança və sursat ələ keçirdiklərini bildiriblər.
Yerli media qaynaqları isə Hindistan ordusunun həmin bölgədə saxta bir qaşıdurma mühiti hazırlayaraq 4 kəşmirlinin ölümünə səbəb olmasını yazır. Yerli mətbu orqanlar Hindistan ordusunun “toqquşma” adlandırdığı olayı “mülki vətəndaşlara yönəlik hücumlar” şəklində dəyərləndirib. Hind qüvvələrinin bölgədəki insan haqları pozuntularına daha birini əlavə etdiklərini qeyd edirlər.
Kəşmirdə durum pisləşir
Hindistanın işğalı altındakı Kəşmir tarixinin ən çətin dönəmlərindən birini yaşayır. Bölgə qaynaqlarının açıqladığı biglilərə görə, Hindistanın işğalına qarşı silahlı dirəniş edən yerli qruplar da çətin bir dönəmdən keçir. Hindistanın basqıları ilə yanaşı, Pakistanın da bölgəyə doğru yardımlara əngəl olması, çatdırılma-nəqliyyat xətlərini kəsməsi və silahlı qrupların işini çətinliklə davam etdirməsi yazılır.
Son zamanlarda Pakistanın Hindistanla münasibətlərini düzəltmə arayışına girməsi Kəşmirdə mübarizəni əngəlləyən faktorlardan biri olub.
Yerli qaynaqlar Kəşmirin gərgin bir dönəmdən keçdiyini, Hindistanın işğalına qarşı dirənişin bu böhranı adlatması halında uzun illər boyunca bölgədə təsirini itirəcəyini bildirirlər.
Hindistan-Pakistan normmallaşması sürətləndikcə Kəşmirin böyük çətinliklərlə qarşı-qarşıya qalacağını, problemlərin daha da dərinləşəcəyini irəli sürürlər.
Keşmir məsələsi
1947-ci ildə Hindistandan çəkilən İngiltərə krallıq olaraq yönəldilən Kəşmiri Pakistan və ya Hindistan ilə birləşmə mövzusunda sərbəst buraxdı. Çoxusu müsəlman olan Kəşmir xalqı Pakistanla birləşməni seçdi, fəqət dönəmin kralı Hindistan ilə yola davam etməyə qərar verdi.
Kəşmir xalqının qərara qarşı çıxaması ilə Pakistan və Hindistan bölgəyə hərbi birliklər göndərdi. Eyni il iki tərəf arasında savaş başladı. Döyüşlər dönəm-dönəm davam etdi. Bunun sonunda Hindistan ələ keçirdiyi bölgələri “Cammu Kəşmir” olaraq adlandırdı. Bu müddət hindu və müsəlmanlar arasında 200 min və 2 milyon arsında adamın öldürüldüyü, 10-20 milyon nəfərin insə köçə məruz qaldığı qanlı bir müharibəyə döndü.
Pakistanın başlatdığı hücumlar zamanı Kəşmirin Müzəffərabad mərkəzli bir qismi rəsmi İslamabadın iradəsinə keçdi və bölgəyə “Azad Kəşmir” adı verildi.
Tərcümə: Arzu Sayadoğlu