Kəbirə Məmmədovanın Klinikasına məxsus avtomobilin yanmasına - DİN-DƏN AÇIQLAMA

  • By admin
  • 15 Aprel 2017 11:46
1492155223-68051492156774
Aprelin 14-də saat 8 radələrində Suraxanı rayonu ərazisində – Zığ-Aeroport yolunda Bakı şəhər sakini Sadiq Edilov idarə etdiyi “KİA” markalı avtomobili qarşıda gedən paytaxt sakini Gülağa Quliyevin idarə etdiyi “VAZ-2104” markalı avtomobilə vurub və “VAZ” markalı avtomobildə yanğın baş verib. 
DIN-dən Gununsesi.info-ya verilən məlumata görə, nəticədə G.Quliyev və sərnişinləri, paytaxt sakinləri Narif Sadıxov və qardaşı Elçin hadisə yerində ölüblər.
Suraxanı RPİ tərəfindən araşdırma aparılır.
Gununsesi.info