Kəlbəcər yolunda azərbaycanlılarla ermənilər arasında dava düşdü

  • By admin
  • 05 Dekabr 2022 00:08

Rusiya sülməramlılarının müşayəti ilə Suqovşandan Kəlbəcər istiqamətinə yük aparan azərbaycanlılarla bölgədəki erməni gənclər arasında dava düşdüyü bildirlir.

Gununsesi.info xəbər verir ki, bu barədə AzadlıqRadiosunun erməni xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, yük maşınlarından ibarət karvan texniki səbəbdən Kəlbəcər rayonunun Qozlukörpü (Hetavan) kəndində dayanıb.

İddia olunur ki, bu zaman karvandakı  4 mülki geyimli oradakı erməni gənclərlə mübahisə ediblər.

Mübahisə sonradan əlbəyaxa davaya keçib.

Radionun məlumatında o da qeyd olunur ki, hadisə iştirakçıları arasında yüngül xəsarət alanlar olub. Bundan başqa, xəbərdə o da vurğulanır ki, dava zamanı mülki azərbaycanlılara məxsus avtomobil də zədələnib.

Hələ ki, bu məlumata Azərbaycanın rəsmi qurumlarından hər hansı münasibət almaq mümkün olmayıb.

Xatırladaq ki, Dekabrın 3-də Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə İqtisadiyyat nazirliyinin nümayəndələri Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Xocalıda olublar.

Nazirliyin yaydığı məlumata görə, məqsəd Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərindəki faydalı qazıntıların qanunsuz istismarının aparıldığı yataqlarda monitorinq aparmaq olub.

Mais

Gununsesi.info