Kəlbəcərin icra başçısı Polad Həşimovun məzarında

  • By admin
  • 27 Avqust 2021 01:45

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev II Fəxri Xiyabanda dəfn edilmiş Milli Qəhrəman General-Mayor Polad Həşimovun, Polkovnik–Leytenant Anar Əliyevin, Polkovnik–Leytenant Rasim Abdullayevin, Polkovnik–Leytenant Zaur Cəfərovun, Leytenant Nicat Atayevin, əsgər Elnur Mustafayevin və digər şəhid məzarlarını ziyarət edib.

Bu barədə Gununsesi.info-ya adıçəkilən rayonun icra hakimiyyətindən bildirilib.

Məlumata görə, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, həmçinin Bakı şəhəri Abşeron rayonu Xırdalan şəhərində şəhid Polkovnik–Leytenant Rasim Abdullayevin ,Sabunçu rayonu Ramana qəsəbəsində şəhid Polkovnik–Leytenant Zaur Cəfərovun və Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsində Şəhid Elnur Mustafayevin ailələri ilə görüşüb.
Azər Qocayev şəhid ailələrinin qayğıları ilə maraqlanmış və ailə üzvlərinə səbr diləmişdir. Müzəffər ordunun qalib sərkərdəsi, Silahlı Qüvvələrin Ali Baş komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 27 sentyabr tarixindən başlayan 44 gün ərzində davam edən Vətən müharibəsinin Azərbaycanın parlaq qələbəsi ilə başa çatdığını vurğuladı.
Vətənin azadlığı, bütövlüyü yolunda canından keçmiş şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyərək bildirmişdir ki, vətənpərvər mərd igidlərimizin sayəsində biz doğma Kəlbəcərimizə,Qarabağımıza qayıdırıq.
Bugün dövlətimizin başçısı möhtərəm cənab prezident İlham Əliyev, hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə böyük diqqət və qayğı göstərilir, onları narahat edən məsələlərə həssaslıqla yanaşılır. Rayon İcra Hakimiyyəti də daima şəhid ailələrinə, qazilərə xüsusi diqqətlə yanaşıb, bundan sonra da bu yanaşma davam edəcəkdir. Şəhid olmuş hərbiçilərimizin ailə üzvləri dövlətimizin başçısı cənab İlham Əliyevin xüsusi diqqət mərkəzindədir .
Azər Qocayev şəhid ailələrini narahat edən məsələlərlə maraqlandı. Onların müraciət və istəklərini dinləyən rayon rəhbəri, problemlərin həlli istiqamətində lazım olan bütün tədbirlərin görüləcəyini şəhid ailələrinə bildirdi. Sonda Şəhidlərin xatirə şəkilləri və əşyaları ilə tanış oldu.
Şəhidin ailə üzvləri şəhid ailələrinə, itkin düşmüş hərbiçilərimizin ailələrinə, qazilərimizə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini ifadə ediblər.

Gununsesi.info