Kəlbəcərli vəkil işğalçı Ermənistanı Avropa Məhkəməsinə verir…

  • By admin
  • 21 Dekabr 2020 21:02
 Ermənistanın Azərbaycana hərbi təcavüzü torpaqlarımızın işğalı ilə yanaşı yüz minlərlə insanların taleyinə ciddi təsir göstərib.
O insanlardan biri də mənəm. Bu işğalçılıq siyasəti nəticəsində ağır məhrumiyyətlər, ailə faciəsi yaşadıq. Gəncliyimiz bu məhrumiyyətlərlə keçdi.
Hesab edirəm ki, Ermənistanın bu işğalçılıq siyasəti nəticəsində bizlərə vurduğu maddi-mənəvi ziyanı hüquqi müstəvidə hüquqlarımızın bərpası yolu ilə fərd olaraq tələb etməliyik.
Artıq Kəlbəcər rayon sakini olaraq bizim ailənin hüquq və azadlıqlarının Ermənistan Respublikası tərəfindən pozulmasına dair hüquqi sənədlərin hazırlanması prosesinə start vermişəm. Bu işğalçılıq siyasəti nəticəsində İnsan hüquqları və Əsas Azadlıqların Müdafiəsi Haqqında Avropa Konvensiyanın 8ci maddəsi(şəxsi həyata və ailə həyatına hörmət hüququ), 13-cü maddəsi(səmərəli hüquqi müdafiə vasitələri hüququ), 14-cü maddəsinə (Ayrı-seçkiliyin qadağan olunması),1 saylı protokolun 1-ci maddəsinin(mülkiyyət hüququ) tələbləri pozulub. Bu işlər üzrə analoji Avropa məhkəməsinin qərarları olsada aşağıdakılara görə daha effektiv müdafiə vasitələri ilə mübarizə aparmaq imkanı yaradıb:
1.10 noyabr 2020-ci il tarixdə üçtərəfli saziş Ermənistan Respublikasının birbaşa bu ərazilərin işğal etməsini təsdiq edir. Əvvəllər “qondarma” DQK-nın işğal etməsini əsas götürürdülər.
2. Azad olunmuş ərazilərdə dağıdılmış evlər, mənzillərə, əmlaklara görə yerində yerli icra hakimiyyəti orqanlarının iştirakı ilə  baxış keçirmək və vurulan real ziyanı müəyyən etmək olar.
P.S. Rəsmi dövlət qurumlarına dəfələrlə müraciət etsəm də, hələ də Kəlbəcər rayonunu ziyarət etməyə imkan yaratmırlar….
 
Bəhruz Bayramov, əslən Kəlbəcərdən olan tanınmış vəkil
Gununsesi.info