Kəmaləddin Heydərov generalı işdən çıxardı

  • By admin
  • 22 Aprel 2022 20:11

Fövqəladə Hallar Nazirliyində iki yüksək rütbəli məmur işdən azad olunub.

Gununsesi.info “Unikal”a istinadən verdiyi məlumata görə, Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov qurumun Maliyyə-iqtisadiyyat Baş idarəsinin rəisi, general-mayor Nağı Nağıyevi  və Hüquq idarəsinin rəisi, polkovnik Nərgiz Yusubovanı işdən çıxarıb.

Qeyd edək ki, hazırda FHN-də aidiyyatı qurumlar tərəfindən yoxlama aparılır.

Gununsesi.info