Kəmaləddin Heydərov Lənkəranda vətəndaşların problemlərini dinləyəcək

  • By admin
  • 26 Oktyabr 2016 16:22

trend_kemaleddin_heydarov_02

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən oktyabrın 28-də Lənkəran şəhərində, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin inzibati binasında vətəndaşların qəbulu keçiriləcək.

Nazirliyin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, saat 11.00-da başlayacaq qəbulda Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı, Cəlilabad rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Lənkəran şəhərində, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin inzibati binasında 27 oktyabr 2016-cı il tarixində saat 09.00-da başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Gununsesi.info