Kəmaləddin Heydərov Türkiyənin yeni daxili işlər nazirini təbrik edib

Azərbaycan fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov qardaş Türkiyənin yeni daxili işlər naziri Əli Yerlikayaya vəzifəyə təyin olunması münasibətilə təbrik məktubu göndərib.

Bu barədə Gununsesi.info-ya FHN-dən məlumat verilib.

Məktubda Ə.Yerlikayaya yeni vəzifəsində uğurlar arzulayan nazir K.Heydərov iki ölkənin fövqəladə hallarla mübarizə üzrə müvafiq qurumları arasında mövcud yüksək səviyyəli əməkdaşlıq münasibətlərinin daha da genişlənəcəyinə əminlik ifadə edib.