Kəmaləddin Heydərovun oğlu: “Çağırışı gözləyirəm” - ÖZƏL

  • By admin
  • 29 Sentyabr 2020 23:09

 

 

Tovuz hadisələrindən sonra könüllü olaraq cəbhəyə getmək üçün qeydiyyata düşən fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Taleh Heydərov Gununsesi.info-ya eksklüziv açıqlama verib.

Taleh Heydərov Azərbaycan əsgərlərinin qəhrəmanlıqlarından qürur hissi keçirdiyini deyib.

“Mən özüm də çağırışı gözləyirəm. Çağırış gələn kimi yollanacağam. Allah əsgərlərimizə qüvvət versin! Qələbəyə doğru gedirik. Qürur duyuram əsgərlərimizlə, bizi sevindirirlər”.

 

Gununsesi.info