Kərəm Həsənovun bacısına “atan” falçıya 10 il cəza verildi

  • By admin
  • 21 Fevral 2022 16:55

Bugün Bakı Ağır Cinayətlər Məhkəməsində, Prezident Administrasiyasının şöbə müdiri Kərəm Həsənovun bacısının pulunu dələduzluq yolu ilə alan Ceyhun Zeynallı və Şəfəq İsmiyevaya hökm oxunub.

Gununsesi.info xəbər verir ki, hökmə əsasən, Ceyhun Zeynallı 11 il, Şəfəq İsmiyeva isə 10 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, prokuror C. Zeynallıya 13 il , Ş. İsmiyevaya isə 10 il 6 il həbs cəzası tələb etmişdi.

Rəsmi məlumata görə, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.4 (dələduzluq – xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə təqsirli biliniblər.

İttihamda qeyd olunub ki, Şəfəq İsmiyeva “Instagram”da səhifə açaraq özünü Maya adlı falçı kimi təqdim edərək iki il ərzində zərərçəkmiş şəxsdən 1 milyon 998 min manat pul alıb. Dəymiş ziyanın yalnız 293 min manatı geri qaytarılıb.

Ş.İsmiyeva cinayəti qeyri-rəsmi birlikdə yaşadığı Ceyhun Zeynallı ilə törətdiyini bildirib. O, məbləğin boyük hissəsini Ceyhuna verdiyini iddia edib.

Ceyhun Zeynallı isə cinayət işi üzrə özünü təqsirli bilməyərək, Şəfəq İsmiyevanın böhtan atdığını deyib.

 

 

Gununsesi.info