Kəramət Böyükçöldən daha bir nümunəvi addım

  • By admin
  • 08 Fevral 2023 18:41

Azərbaycanın gənc yazıçısı Kəramət Böyükçöl növbəti dəfə nümunəvi addımı ilə gündəmə gəlib.

Gununsesi.info xəbər verir ki, gənc yazıçı bu gün parkların birində müəllifi olduğu kitablarını sataraq, əldə etdiyi pulu Türkiyədə zəlzələdən zərər çəkən ailələrin hesabına köçürüb. Keramet

Kəramət Böyükçöl sosial şəbəkə hesabında bu gün satışdan əldə etdiyi vəsaitin 1000 manat təşkil etdiyini bildirib və əlavə edib ki, həmin vəsaiti səfirliyin elan etdiyi hesaba köçürüb.

 

Afət Abbasova

Gununsesi.info