Kəramət kitablarını bu dəfə zəlzələ qurbanları üçün satır

  • By admin
  • 07 Fevral 2023 20:41

Yazıçı Kəramət Böyükçöl bu dəfə kitablarını Türkiyədəki zəlzələ qurbanları üçün satacaq.

Gununsesi.info bildirir ki, bu barədə yazıçı sosial şəbəkədə yazıb:
“Azərbaycan dövləti Türkiyəyə yardım etdi. Azərbaycan xalqı da qardaş ölkəyə yardımlar edir. Bəs mən Türkiyə üçün nə edə bilərəm? Türkiyəyə yardım etmək adamın həm də özünü ruhən rahatlaşdırır, sakitləşdirir. Çünki bu bir könül məsələsidir. Ona görə də sabah saat 12-dən axşam 18-ə kimi Elmlər Akademiyasının qarşısında kitablarımı satacağam. Kitabların pulunu isə qardaş Türkiyənin Azərbaycandakı səfirliyinə təqdim edəcəyəm. Zəlzələdən zərər görmüş bacı və qardaşlarıma bu kiçik yardımla təkcə maddi yox, daha çox mənəvi dəstəyimi ifadə edirəm. Əlimdən başqa nə gəlir ki…”

Afət
Gununsesi.info