Kərim Vəliyev Ankarada Heydər Əliyev Parkını ziyarət etdi - FOTOLAR

  • By admin
  • 12 Sentyabr 2021 20:40

Türkiyə Respublikasında səfərdə olan Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-leytenant Kərim Vəliyev sentyabrın 12-də Ankaradakı Heydər Əliyev Parkını ziyarət edib.

Bu barədə Gununsesi.info-ya Müdafiə Nazirliyinə istinadən xəbər verir.

General-leytenant Kərim Vəliyev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin parkdakı abidəsi önünə əklil qoyub, dahi şəxsiyyətin xatirəsinə dərin ehtiramını bildirib.

Gununsesi.info