Kəsəmənskinin bağ evində mühafizəçisinin meyiti tapıldı

  • By admin
  • 12 Yanvar 2023 11:46

Bakıda bağ evindən mühafizəçinin meyiti tapılıb.

Gununsesi.info “Qafqazinfo”a istinadən xəbər verir ki, Mərdəkan qəsəbəsi Yesenin küçəsində yerləşən və Rəşad İlham oğlu Kəsəmənskiyə məxsus olan bağ evinin mühafizə otağından orada mühafizəçi işləyən Şuşa sakini Samir Muradovun meyiti tapılıb. Meyit üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməyib. S.Muradovun infarkt səbəbindən dünyasını dəyişdiyi ehtimal edilir.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, R.Kəsəmənski biznes fəaliyyəti ilə məşğul olur.

Gununsesi.info