![](https://www.gununsesi.info/wp-content/uploads/2016/07/kabul-250x200.jpg)
Əfqanıstanın paytaxtı Kabildə nümayiş zamanı iki kamikadze tərəfindən törədilən partlayış nəticəsində ölənlərin sayı 80-nə çatıb.
Gununsesi.info xarici KİV-lərə istinadən xəbər verir ki , məlum partlayış nəticəsində 80 nəfər ölüb, azı 230 nümayişçi yaralanıb. Qeyd olunur ki, küçələrinə elektrik xəttinin çəkilməsini istəyən etnik xəzərlərin keçirdiyi aksiya zamanı iki kamikadze özünü partladıb. Daha bir kamikadze-terrorçu polis tərəfindən öldürülüb.
Gununsesi.info