Kabildə avtobusun partlaması nəticəsində 7 nəfər ölüb

  • By ilhame
  • 07 Noyabr 2023 22:23

Əfqanıstanın paytaxtı Kabildə sərnişin avtobusunda baş verən partlayış nəticəsində azı 7 nəfər ölüb, 20 nəfər yaralanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Tolo News” telekanalı şəhər polisinin nümayəndəsi Xalid Zadrana istinadən məlumat yayıb.

“Kabilin Dəşt-e Bərçi bölgəsində avtobusun partlaması nəticəsində azı 7 nəfər ölüb, 20 nəfər yaralanıb”, – telekanalın açıqlamasında deyilir.

Gununsesi.info