Kabildə partlayış baş verib, ölən və yaralananlar var

  • By admin
  • 12 Aprel 2017 21:10

partlayis

 

Əfqanıstanın paytaxtı Kabildə nəzarət-keçid məntəqəsində partlayış baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində azı 5 nəfər ölüb, 10 nəfər xəsarət alıb.

Məlumata əsasən, partlayış terrorçu-kamikadze tərəfindən törədilib.

Terror aktına  görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb.

 

 

Gununsesi.info