Əfqanıstanın paytaxtı Kabildə, parlament binası yaxınlığında ard-arda iki partlayış baş verib.
Gununsesi.info İndependent.com-a istinadən məlumatına görə, ilk partlayış terrorçu-kamikadze tərəfindən törədilib. Bir müddət sonra minalanmış avtomobil partladılıb.
Partlayış zamanı ümumilikdə 70 nəfər ölüb və 50 nəfərə yaxın adam isə xəsarət alıb.
Hücumun məsuliyyətini “Taliban” hərəkatının döyüşçüləri üzərinə götürüb.
Gununsesi.info