Kabildə terror zamanı 25 nəfər ölüb

  • By admin
  • 05 Sentyabr 2016 23:02

terror in Diyarbakir

Əfqanıstanın paytaxtı Kabildə ard-arda baş verən iki terror aktı nəticəsində 25 nəfər ölüb, 92 nəfər yaralanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Əfqanıstan Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilir.

Məlumata görə, hadisəni terror-kamikadzelər törədib. İlk partlayış Müdafiə Nazirliyi binasının girişində baş verib. İnsanlar yaralılara köməyə gələn zaman ikinci partlayış baş verib.

Açıqlamada, hücumda həlak olanlardan 6 nəfərinin təhlükəsizlik işçisi olduğu qeyd olunub.

Əfqanıstan Səhiyyə Nazirliyinin məlumatına görə, yaralılardan bəzilərinin vəziyyəti ağırdır, ölənlərin sayının artma ehtialı var.

Terror aktlarına görə məsuliyyəti “Taliban” terror qruplaşması öz üzərinə götürüb.

 

Gununsesi.info