Kabildə bombalı hücum – 10 nəfər həyatını itirdi

  • By admin
  • 02 İyun 2021 11:13

Əfqanıstanın paytaxtı Kabildə baş verən bombalı hücum nəticəsində 10 nəfər həyatını itirib. 

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, ölkədə sabitliyin təmin edilməsi üçün səylər göstərilsə də, hücumlar davam edir.

Əfqanıstan Daxili İşlər Nazirliyinin müavini Həmid Ruşan Kabulun Sar-i Kəriz və Golai Davahane bölgələrinə bir-birinin ardınca edilən bombalı hücumlar nəticəsində 10 mülki şəxsin həyatını itirdiyini, 12 nəfərin isə yaralandığını bildirib.