Kabildə kamikadze partlayış törədib, ölənlər və yaralananlar var – YENİLƏNİB

  • By admin
  • 04 Yanvar 2018 22:22


Əfqanıstanın paytaxtı Kabildə baş vermiş partlayış zamanı azı 11 nəfər həlak olub.

“Report”un məlumatına görə, bu barədə “France-Presse” ölkənin Səhiyyə Nazirliyinin nümayəndəsinə istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə zamanı həmçinin 25 nəfər xəsarət alıb. Məlumata görə, kamikadze polis əməkdaşlarının yanında özünü partladıb.

“TOLOnews” isə mənbəyə istinadən partlayış zamanı 15 nəfərin öldüyünü, 20 nəfərin xəsarət aldığını bildirib.

***21:08

Əfqanıstanın paytaxtı Kabildə partlayış törədilib.

“Report” RİA “Novosti”-yə istinadən xəbər verir ki, hadisə paytaxtın PD9 rayonu yaxınlığında qeydə alınıb.

Hələlik ölən və xəsarət alanlar barədə məlumat yoxdur.

Şahidlərin sözlərinə görə, hadisəni terrorçü kamikadze törədib.

 

Gununsesi.info