Kabildə otelə hücum edən silahlılar məhv edilib

  • By admin
  • 21 Yanvar 2018 10:22


Əfqanıstanın təhlükəsizlik qüvvələri Kabildə “Intercontinental Hotel” mehmanxanasına hücum edən silahlıları zərərsizləşdirib, mehmanxanadakı bütün qonaqlar və mehmanxana əməkdaşları xilas edilib.

APA-nın “Agence France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, Əfqanıstan Daxili İşlər Nazirliyi 41 əcnəbi olmaqla, mehmanxanadakı 126 qonağın və mehmanxana əməkdaşlarının azad edildiyini açıqlayıb.

Əməliyyat zamanı 3 silahlı məhv edilib.

Qeyd edək ki, şənbə günü axşam bir qrup silahlı “Intercontinental Hotel” mehmanxanasına hücum edib. Nəticədə biri əcnəbi olmaqla, 5 nəfər ölüb, 6 nəfər yaralanıb.

“Intercontinental Hotel” bundan əvvəl 2011-ci ilin iy ununda hücuma məruz qalıb, 12 nəfər ölüb.

Gununsesi.info