Kabildən çıxarılan hərbçilərimizin aqibəti necə olacaq?

  • By admin
  • 27 Avqust 2021 14:37

Kabil Beynəlxalq Hava Limanında xidməti vəzifələrini başa vuran 120 nəfərdən ibarət Azərbaycan sülhməramlısı ötən gün Əfqanıstandan çıxarılıb. Hərbçilərimiz Kabildən Ankaraya aparılıblar. Onların yaxın günlərdə Vətənə qayıdacağı gözlənilir.

Kabildən çıxarılan sülhməramlılar başqa bir ölkəyə göndəriləcəklər, yoxsa xidmətlərini Azərbaycanda davam etdirəcəklər?

Gununsesi.info xəbər verir ki, mövzu barədəModern.az-a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirib ki,  Azərbaycan hərbçiləri ya bu gün, ya da sabah Bakıya qayıdacaqlar.

“Onların bundan əvvəl xidmət yerləri Bakı şəhəri olub. Sülhməramlıların hər hansı bir ölkəyə getmələri üçün təklif və ya qərar yoxdur. Normal rejimdə standart döyüş hazırlığı məşğələləri ilə xidmətlərini davam etdirəcəklər. Başqa ölkəyə getmək təklifi olsa, məsələ Milli Məclisdə müzakirə olunacaq və Prezident sərəncam imzalayacaq. Daha sonra mətbuata təqdim olunacaq”, – deyə hərbi ekspert vurğulayıb.

Qeyd edək ki, Əfqanıstanda idarəçiliyi ələ keçirən “Tabilan” hərəkatı xarici hərbçilərin ölkədən çıxarılmasını tələb edib. Artıq bir sıra ölkələr öz hərbi qulluqçularını Kabildən təxliyə ediblər.