Kabildən təxliyə olunan sülhməramlılar Bakıya qayıtdı

  • By admin
  • 27 Avqust 2021 17:59

Əfqanıstan İslam Respublikasından təxliyə olunan Azərbaycan sülhməramlıları Vətənə qayıdıb.

Gununsesi.info xəbər verir ki, Kabil Beynəlxalq Hava Limanında xidməti vəzifələrini yerinə yetirərək Bakıya dönən 120 nəfərdən ibarət heyətin qarşılanma mərasimi keçirilib.

Qarşılanma mərasimində Müdafiə Nazirliyinin rəsmiləri və KİV nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirən 120 nəfərdən ibarət Azərbaycan sülhməramlı bölməsi Türkiyə qüvvələri ilə birlikdə Kabil Beynəlxalq Hava Limanının təhlükəsizliyini təmin edərək xidməti vəzifələrini yüksək peşəkarlıqla icra edib.