
Əfqanıstanın Milli Müqavimət Cəbhəsi üsyançı təşkilatının üzvləri paytaxt Kabilin cənubunda Taliban hərəkatının iki nümayəndəsini öldürüblər.
Gununsesi.info xəbər verir ki, bu barədə cəbhənin feysbuk səhifəsində dərc olunmuş bəyanatında deyilib.
“Fevralın 3-də saat 10:15-də Milli Müqavimət Cəbhəsinin qüvvələri düşmən düşərgəsinə hücum edib, nəticədə iki taliban üzvü öldürülüb, daha ikisi yaralanıb”, – paylaşımda qeyd olunub.
Taliban nümayəndələri hələlik insidentlə bağlı şərh verməyiblər.
Gununsesi.info