Kadırov:  "Bizim ölkədə gey yoxdur"

  • By admin
  • 16 İyul 2017 13:59

kadirov
Çeçenistan lideri Ramzan Kadırov ölkəsində homoseksualların həbs edilməsi, təzyiqlərə məruz qalması haqda iddialara aydınlıq gətirib.

Gununsesi.info xəbər verir ki, Kadırov Amerikanın HBO telekanalına müsahibəsində Çeçenistanda homoseksuall olmadığını bəyan edib.

“Bizdə belə insanlar yoxdur. Çeçenistanda gey ola bilməz. Əgər varsa, götürün Kanadaya aparın. Bizdən uzaq olsunlar”

Kadırov müsahibəsində Amerikanın Rusiya rəhbərliyinə qarşı siyasət apardığını deyib.

“Onlar bilirlər ki, mən Rusiya üçün canımı verməyə hazıram. Ölkəmizi müdafiə edə biləcək güclü ordum var. Amerika bizim düşmən olaraq görə biləcəyimiz güclü dövlət deyil. Biz daha güclüyük”

Gununsesi.info