Kadırov Almaniyadakı müsəlmanları etiraza səslədi

  • By admin
  • 03 İyul 2022 22:41

Berlinin mərkəzindəki İbn Rüşd-Gethe məscidində LGBT bayrağının asılması rəzil və alçaq hərəkətdir.

Gununsesi.info  Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Çeçenistan lideri Ramzan Kadırov bildirib.

“Bu günlərdə Almaniyada baş verən iyrənc hərəkətdən hiddətləndirm”, – Kadırov yazıb.

Kadırov hesab edir ki, məscidin imamı orada LGBT bayrağının qaldırılmasına icazə verməklə özünü gözdən salıb:

“O, nəinki aksiyaya icazə verib, üstəlik, buna haqq qazandırıb”.

Kadırov hadisə baş verən məscidin imamlarının özlərini müsəlman adlandırmasından narazıdır.

“Mən başa düşə bilmirəm ki, bütün baş verənlərdən sonra bu məscidin imamları necə özlərini müsəlman adlandıra bilirlər. Avropa demokratiyasının dalğasından tamamilə dəli olmusuz?”, deyə Kadırov bildirib.

Kadırov Almaniyadakı müsəlmanların LGBT-nin bu hərəkətinə görə, məsuliyyət daşıdığını bildirib.

“Məsciddə baş verənlərə görə ilk növbədə məsuliyyəti siz – Almaniyadakı müsəlmanlar daşıyırsınız. Allah evində rəzil hərəkətə niyə icazə verirsiniz? Burnunuzun altında hər cür cinlər məsciddən öz iyrənc məqsədləri üçün istifadə edir, siz isə susursunuz”, – deyə Kadırov deyib.

Çeçenistan lideri Almaniyadakı müsəlmanları baş verənlərə yenidən baxmağa çağırır, çünki bu cür hərəkətlər İslamı təhrif etmək cəhdidir.

“Oyan, oyan, oyan! Bu sadəcə bayraq məsələsi deyil! Bu, Qərbin İslamı iyrənc azğınlıq və satanizm mədəniyyəti altında əzmək cəhdidir!”, – deyə Kadırov bildirib.

Gununsesi.info