Çeçenistan pezidenti Ramzan Kadırov erməni biri ilə evlənmək istəyən məşhur müğənninin bu addımına müdaxilə edib. Gununsesi.info xəbər verir ki, toya hazırlıq getdiyini öyrənən prezident müğənni Həda Həmzətovanı fikrindən daşındırıb. Məlumata görə, tanınmış müğənni erməni bir gənclə ailə həyatı qurmağa qərar veribmiş. Lakin Kadırov Ermənistana adamlarını göndərərək çeçen qadınlar, xüsusilə də tanınmış müğənni üçün bu evliliyin utanc verici olduğunu bildirib. Çeçenistan lideri məsələyə toxunaraq bunları deyib:
“Adamlarımızı Ermənistana göndərdik. Bu evliliyin çeçen qadınları, əsasən də tanınmış müğənnisi üçün utanc verici olduğunu söylədik. Ailəsinin icazəsi ilə mən o qızı oradan geri gətirdim”.
Arzu Səyyad