Kadırov nüvə silahından istifadə etməyə ÇAĞIRDI

  • By admin
  • 01 Oktyabr 2022 19:25

Rusiyanın Çeçenistan bölgəsinin rəhbəri Ramzan Kadırov Ukraynada nüvə silahından istifadə edilməsinə çağırış edib.

Gununsesi.info xəbər verir ki, bu barədə o, özünün “Telegram” kanalında yazıb.

O, Liman şəhərinin itirilməsinə görə Rusiya Silahlı Qüvvələrinin Mərkəzi Hərbi Dairə komandanı, general-polkovnik Aleksandr Lapini sərt şəkildə tənqid edib.

“Lapinin bacarıqsız olması ayıb deyil. Onun Baş Qərargahdakı yuxarıdakı rəhbərlər tərəfindən ört-basdır edilməsi ayıbdır. Əlimdə olsaydı, Lapini sıravi rütbəsinə endirərdim, mükafatlarından məhrum edərdim”, – deyə Kadırov qeyd edib.

O vurğulayıb ki, sərhədyanı ərazilərdə hərbi vəziyyət elan olunmalıdır: “Mənim şəxsi fikrimcə, sərhədyanı ərazilərdə hərbi vəziyyət elan olunana və aşağı məhsuldar nüvə silahının tətbiqinə qədər daha sərt tədbirlər görülməlidir”.

Xatırladaq ki, Ukrayna ordusu Rusiyanın ilhaq etdiyi Donetsk bölgəsində yerləşən Liman şəhərinə daxil olub. Rusiya Müdafiə nazirliyi Limandan geri çəkildiyini bəyan edib.

Gununsesi.info