Kadırov Putinin yaxın çevrəsindən danışdı

  • By admin
  • 29 Dekabr 2021 21:02
Çeçenistanın başçısı Ramzan Kadırov Rusiya Prezidenti Vladimir Putinin yaxın çevrəsinə daxil olmadığını bildirib.
Gununsesi.info xəbər verir ki, o, bu barədə “İnstaqram”da canlı yayımda açıqlama verib.
“Mənim ölkə rəhbəri ilə regionun başçısı kimi münasibətim var. Mən hətta prezidentin və baş nazirin yaxın ətrafına belə daxil deyiləm”, – deyə o qeyd edib.
Eyni zamanda R.Kadırov əlavə edib ki, ehtiyac olanda prezidentə zəng edir.
“O, dövlət başçısı kimi bütün regionların rəhbərləri ilə daim əlaqə saxlayır”, – Kadırov bildirib.
R.Kadırov, həmçinin vurğulayıb ki, heç kim ona hansısa bəyanat verməyi, o cümlədən Ukrayna ilə bağlı açıqlama verməyi demir.
Dekabrın 26-da Çeçenistan rəhbəri bildirib ki, əgər Ukrayna Prezidenti anti-Rusiya siyasəti yürütməkdə davam edərsə, o zaman Ukraynanı Rusiyaya birləşdirmək lazım gələcək.
Gununsesi.info