Kadırov “Qisas” əməliyyatının daha sərt ikinci mərhələsini ELAN ETDİ

  • By admin
  • 30 Dekabr 2022 10:39

Çeçenistanın rəhbəri Ramzan Kadırov Ukraynada “Qisas” əməliyyatının daha sərt ikinci mərhələsini elan edib.

Gununsesi.info xəbər verir ki, bu barədə o, RT-nin canlı yayımında bildirib.

“İkinci mərhələyə hazırlaşırıq. Əməliyyat daha qəddar olacaq və qisas davam edəcək”, – deyə Kadırov vurğulayıb.

Daha əvvəl Kadırov bildirmişdi ki, oktyabrın 25-dən 27-dək Ukraynada çeçen batalyonlarının qüvvələri “Qisas” adlı xüsusi ayrıca əməliyyat keçirib.

Gununsesi.info