Kadırov : Rusiyalı hərbçilər Xersonda ukraynalıları…

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov öz “Telegram-kanal”ında Ukrayna Silahlı Qüvvələrinin döyüşçülərinin axtarışını əks etdirən kadrları nümayiş etdirib.

Gununsesi.info xəbər verir ki, kadrlarda hərbçilərin evləri necə yoxladığı və yerli sakinləri necə sorğu-suala tutduqları əks olunub. Axtarış fəaliyyətləri əsnasında ələ keçirilən silahlar da nümayiş olunub.

HTML tutorial

Kadırov bildirib ki, diversantların axtarışı ilə Rusiya Qvardiyasının Qroznı birləşməsinin “Cənub” batalyonunun döyüşçülərinin iştirakı ilə “Şimal” alayının və “Axmat” xüsusi təyinatlılarının hərbçiləri məşğuldurlar. Əməliyyat Xerson vilayətinin Kaxovka şəhərindən Zaporojye vilayətinin Enerqodar şəhərinədək – ümumi uzunluğu 150 kilometr olan ərazidə aparılır.

Çeçenistan rəhbəri bildirib ki, rus hərbçiləri silahların olduğu bir neçə anbar da tapıblar. “Söhbət cinayətkarların pulemyotlar, birdəfəlik qumbaraatanlar, avtomatlar, qumbaraatanlar üçün nişangahlar və daha çox şey gizlətdiyi onlarla anbara gedir”, – deyə o qeyd edib.

Gununsesi.info