Kadırov ukraynalı əsirləri alçatdı - VİDEO

  • By admin
  • 24 Oktyabr 2022 12:19

Çeçenistan lideri Ramazan Kadırovun bir müddət öncə guya Ukraynada döyüşməyə göndərdiyi övladları- 14 yaşlı Adəm, 15 yaşlı Əli və 16 yaşlı Əhməd bir neçə ukraynalı əsirlə birlikdə Qroznıya qayıdıblar.

Gununsesi.info AzPolitika.info-ya istinadən xəbər verir ki, bu barədə R.Kadırov özünün şəxsi “telegram” kanalından paylaşım edib.

Paylaşılan görüntülərə görə, Kadırovun övladları başlarına kisə keçirdikləri hərbi əsirləri atalarına “müharibə qəniməti” kimi təqdim ediblər.

“Farş üçün top yemi…. Özləri isə Kiyevdə oturub gəzir, əylənir. Nə üçün döyüşürük? Bax, nə üçün döyüşürdün?”, – deyə Kadırov əsirdən soruşduqda, o, “Heç nə üçün” cavabını verib.

Gununsesi.info