Kadırovdan Zelenskiyə müraciət

  • By admin
  • 14 Fevral 2022 21:16

Çeçenistan rəhbəri Ramzan Kadırov Teleqram kanalında Ukrayna sakinlərinə və Prezident Vladimir Zelenskiyə müraciət edib.

Gununsesi.info xəbər verir ki, Kadırov Minsk razılaşmalarını yerinə yetirməyin vacibliyini qeyd edərək yazıb:

“Cənab Zelenski! Təlxəkliyin vaxtı başa çatdı. Geri dönülməyən nəticələrdən qaçmaq üçün öz xalqı qarşısında borcunu yerinə yetirməyin vaxtı gəldi”.

Çeçenistan rəhbəri həmçinin xatırladıb ki, nə Rusiya Prezidenti Vladimir Putin, nə də rusların özləri münaqişənin genişlənməsini istəmirlər.

“Siz konstitusiyanın və xalqınızın və dövlətinizin təhlükəsizliyinin təminatçısı kimi, sadəcə olaraq, sülhün bərqərar olması üçün əlinizdən gələni etməyə borclusunuz”, – o əlavə edib.

Ukrayna xalqına müraciətində Kadırov da öz növbəsində bu ölkəni sevdiyini qeyd edib:

“Məktəbdə dinlədiyim SSRİ tarixi kursundan mən bilirəm ki, Rusiya dövlətçiliyinin və pravoslavlığının beşiyi Kiyev Rusudur. Ruslar və ukraynalılar ümumi tarixə, mədəniyyətə və dinə malik bir slavyan xalqıdır. Mən heç vaxt inanmayacağam ki, ukraynalılar özlərini bütün tənəzzülə uğramış “dəyərləri” və rusofob isteriyası ilə “Qərb dünyası”nın bir hissəsi hesab edirlər”.

Kadırov ümid etdiyini bildirib ki, ukraynalılar “kənardan heç bir kömək olmadan” tarixi ədaləti bərpa edəcəklər.

 

 

Gununsesi.info