Kadırovun ailə kabineti: Çeçenistan lideri hökuməti qohumlarından təşkil edir

  • By admin
  • 20 Fevral 2024 08:55

Çeçenistan lideri Ramzan Kadırov faktiki olaraq regionun idarəçiliyini ailəsinə təhvil verib.

Gununsesi.info xəbər verir ki, 47 yaşlı Kadırov bu yaxınlarda 18 yaşlı oğlu Əhmədi gənclər və idman naziri təyin edib.

Kadırovun 24 yaşlı qızı Xadizat vitse-prezidentdir. Digər qızı 25 yaşlı Ayşat isə mədəniyyət naziri vəzifəsini icra etdikdən sonra oktyabr ayında baş nazirin müavini təyin edilib. Ayşatın əri Viskan Matsuev kənd təsərrüfatı naziridir.

Kadırovun qaynı Ramzan Çerkiqov (56) nəqliyyat naziri, Onun qardaşı oğlu Həmzət (27) keçən il Kadırovun təhlükəsizlik məsələləri üzrə müşaviri olub.

Kadırovun 15 yaşlı oğlu Adem orduda yüksək vəzifəyə təyin edilib.

Gununsesi.info