Kağıza “kömək et” yazdı: - Həyatı xilas oldu

  • By Günel
  • 11 Fevral 2025 12:39

ABŞnin Los-Anceles şəhərində bir kişi 13 yaşlı qızı silah gücüylə tutaraq, ona dəfələrlə cinsi təcavüz edib. Qız əl yazısı ilə kağıza kömək et” yazaraq yola çıxıb. Yoldan keçən bir nəfər yazını görüb və 911-ə zəng edərək kiçik qızın çarəsiz vəziyyətdə kömək çağırışını bildirib. 62 yaşlı azğın həbs olunub. Gənc qız isə mühafizə altına alınıb.

Gununsesi.info xarici KİV – ə istinadən xəbər verir ki, Los-Ancelesdə 13 yaşlı qızı silahla qaçıran kişini 35 il həbs cəzası gözləyir.

Texaslı 62 yaşlı Stiven Robert Sablan qurbana cinsi təcavüzdə günahını etiraf edib.

FTB agenti cinayət iddiasını dəstəkləyən ifadəsində Sablanın küçədə gedən qıza yaxınlaşaraq əlində silahla: “Mənimlə maşına minməsən sənə zərər verəcəm” – deyərək hədələdiyini bildirib.

Azğın gənc qıza yolda bir neçə dəfə cinsi təcavüz edib, yolun aşağısındakı camaşırxanaya yaxınlaşıb və qıza paltarını dəyişməsini bildirib. Bu zaman qız kağız parçasına “kömək edin” yazmağa vaxt qazanıb.

Yazını görən birinin xəbər verməsindən sonra polis əməkdaşları əraziyə gediblər.

Sablan həbs edilib, avtomobilində axtarış aparılıb. Maşının içərisində qara rəngli tapança, “mənə kömək et” yazısı, cib bıçağı və qara qandal tapılıb.

Sablanın əvvəllər 1979-cu silahla quldurluq, 1985-ci ildə silahla quldurluq və oğurluq, 2016-cı ildə narkotik saxlamaqda günahlandırılıb.

Günel Həsənova

Gununsesi.info