
ABŞ-ın Los-Anceles şəhərində bir kişi 13 yaşlı qızı silahla tutub və ona dəfələrlə cinsi təcavüz edib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, qız öz əli ilə kağıza “kömək et” yazaraq yola çxıb.
Yoldan keçən bir nəfər işarəni görüb və 911-ə zəng edərək kiçik qızın ümidsiz vəziyyətdə kömək çağırışını bildirib.
62 yaşlı azğın həbs olunarkən gənc qız mühafizə altına alınıb.
2023-cü ilin iyul ayından həbsdə olan Texas ştatından olan 62 yaşlı Stiven Robert Sablan qurbana cinsi təcavüzdə günahını etiraf edib.
FTB agenti cinayət iddiasını dəstəkləyən ifadəsində Sablanın küçədə gedərkən qıza yaxınlaşdığını və “Mənimlə maşına minməsən səni incidəcəm” deyərək, onu silahla hədələdiyini bildirib.
Azğın gənc qıza yol boyu bir neçə dəfə cinsi təcavüz edib. Şübhəli şəxs yolun aşağısındakı camaşırxanaya yaxınlaşıb və qıza paltarını dəyişməsini deyib. Qız kağız parçasına “kömək” yazmağa vaxt qazanıb.
Orxan Saffari